Xalq şairi Qabilin 90 illik yubileyi qeyd ediləcək

13 Baxış

qabil

Qabil İmamverdiyev

Bu gün, 29 sentyabr tarixində saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Senet.az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək. Həmçinin, Filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq. Tədbir çərçivəsində konsert proqramı təqdim olunacaq.

Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. 1975-1979-cu illərdə “Azərbaycan jurnalı” redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. AYB Ağsaqqallar Şurasının sədri olub.

 

Bölmə : Konfrans