Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda

45 Baxış

elcin efendiyevXalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.

Azərbaycan Dövlət Musiqili Teatrından senet.az-a verilən məlumata görə tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir.

Tamaşada səslənəcək mahnıların sözləri Vuqar Əbdülova məxsusdur. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət xanım Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar. Baş qəhrəmanı – Baladadaş obrazını isə teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək.

KÖŞƏ YAZARLARI
TOP 10