Senet.az bu gündən yeni lahiyəyə start verir. Layihəyə əsasən yazıçılar son illərin ən uğurlu 10 çağdaş müəllifini seçir. İlk qonağımız Xanəmir Telmanoğludur. Onun seçimini təqdim edirik:
Təəssüf edirəm, 10-a qədər çıxa biməyəcəyəm!
- 1.Aydın Talıbzadə – ƏBUHÜBB
Aydın müəllimin “ƏBUHÜBB”u, yazı manerası olaraq ilk dəfə ədəbiyyatımıza sərt şilləsini vurub batini mətnin mövzu içərisində bədiyyata, süjetə necə xidmət etməyini isbatlayır.
2.Səfər Alışarlı – Maestro
Səfər Alışarlının “Maestro”su gerçək nəsr nümunəsi olaraq yaşadığımız dönəmin gerçəkləri fonunda ustalıqla qələmə alınmış bir mövzunu əhatə edir.
3.Sərif Ağayar – Haramı
Şərifin “Haramı” yeni nəsrin yeni dönəm üçün heç də asan yaranmadığından xəbər verir. Nəsillər arası nəsr problemimizi yazı nəfəsiylə həll edir.
4.Murad Köhnəqal – Bulud Pinəçi
Murad Köhnəqalanın “Bulud pinəçi”si Azərbaycan dilində itirdiyimiz istiqanlılığımızı yazı tərziylə (hər şeydəki, hər detaldakı ilkinlikləri) dövriyyəyə qoşur.
5.Nərmin Kamal – Aç, mənəm
Nərmin Kamalın “Aç, mənəm” əsəri sadəcə olaraq, eksperimentlərə nəsrdə də gedə bilməyin cəsarətinə imza atır.
6.Orxan Fikrətoğlu – Ölü mətn
Orxanın Fikrətoğlunun “Ölü mətn” əsəri çağdaş dillə sufiyanə dünyanın yaraşığını təqdim edir.