Xanəmir Telmanoğlunun ”MAQlar”ı təqdim olundu – Foto

112 Baxış

esas

Kitabevim.az kitab mağazasında şair Xanəmir Telmanoğlunun ”MAQlar”  romanının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış qələm adamları, şairin dostları və oxucular iştirak edib. Sonda müəllif kitablarını oxucuları üçün imzalayıb.

“XAN” nəşriyyatında çap olunan kitab ezoterik prozanın bədii incəliklərini özündə əks etdirir. Yazar bu əsərində insan, cəmiyyət, tarix, mədəniyyət üçgənində bəşəriyyətin kosmik tələbatının planetdə təzahürünü qəribə çalarlarla mətnləşdirib. Azərbaycanda gedən proseslərin metafizik boyutlarını açıb. Əsərin əsas bədii məziyyətlərindən biri də odur ki, böyük Nizami Gəncəvinin “Xəmsə” sistemindən istifadə olunaraq araya-ərsəyə gətirilib.

Qeyd edək ki, müəllifin son kitabı “Derlər” 2013-cü ildə çap olunub.

 

 

 

.

KÖŞƏ YAZARLARI
TOP 10