“XAN” nəşriyyatından növbəti iki kitab

140 Baxış

hazirman“XAN” nəşriyyatında daha iki kitab işıq üzü görüb.

Xarici Xatirə Ədəbiyyatı Silsiləsindən çap olunan Falih Rıfkı Atayın  “Atanız Atatürk” kitabını dilimizə f.ü.f.d Nərgiz Cabbarlı tərcümə edib. Kitabın annotasiyasında deyilir: “Falih Rıfkı Atayın “Atanız Atatürk” kitabı böyük türk dövlətini və xalqını məhv olmaqdan qurtaran sərkərdə və lider Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti haqqındadır. Müəllif onun yaxın silahdaşlarından və zamandaşlarından olduğu üçün bu qeyri-adi şəxsiyyətin ən xarakterik cizgilərini ustalıqla göstərə bilmişdir. Bu kitabı oxumaqla siz də Atatürkü yaxından tanıyacaq və sevəcəksiniz”.

 

 

 

ataturk

 

 

 

“Tərcümə” Ədəbiyyatı silsiləsindən nəşr olunan Reha Çamuroğlunun “Son Yeniçəri” kitabını isə Əziz Məmmədli və Oktay Hacımusalı türkcədən dilimizə uyğunlaşdırıb. Kitabın annotasiyasında bildirilir ki,  Reha Çamuroğlunun “Son Yeniçəri” əsərində Osmanlı sultanlığı zamanı ən məşhur təriqətlərdən biri olan Bəktaşilərdən, onlarla bağlı verilmiş Sultan Süleyman fərmanından, yüz illər boyunca bu təriqətin yeniçərilərinin Osmanlı dövlətini döyüşlərdə təmsil etməsindən danışılır. Baş verən əhvalatlar hadisələrin iştirakçısı olan əsir Sarı Abdullanın və son yeniçəri Sabit ağanın dilindən nəql edilir. İslam dinini sonradan qəbul etmiş rus əsiri Sarı Abdulla İstanbulda baş verən ən böyük yeniçəri qırğınının şahididir.

 

 

yeniceri

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10