“XAN” nəşriyyatından yeni layihə – “Tarixi romanlar”

88 Baxış

ezieze ceferzade

Bu aydan etibarən “XAN” nəşriyyatı yeni layihəyə start verir. Beləki, layihəyə əsasən nəşriyyat yeni mövsüm üçün “Tarixi romanlar” silsiləsiləsini çap etməyi planlaşdırır. Layihənin müddəti iki ildir. Silsiləyə Azərbaycan ədəbiyyatında xüsusi yer tutmuş tarixi romanlar daxil ediləcək. Çap olunacaq ilk əsər Əzizə Cəfərzadənin “Bakı 1501” romanıdır.

Bu barədə Senet.az-a məlumata verən Müşfiq XAN bildirib ki, Əzizə Cəfərzadənin on üç əsərinin çap hüququ “XAN” nəşriyyatına aiddir. Silsilə çərçivəsində digər romanlar da işıq üzü görəcək.

Qeyd edək ki, “Bakı 1501” tarixi romanı  XVI əsr Azərbaycan tarixindən bəhs edir. Əsər Şah İsmail Xətainin Bakı və Şamaxıya hücumu yazıçı tərəfindən ətraflı şəkildə qələmə alınıb.

KÖŞƏ YAZARLARI
TOP 10