“XAN” Nəşriyyatında Pənahi Makulunun “Xiyabani” romanı işıq üzü görüb. Bu barədə senet.az dərgisinə “XAN” Nəşriyyatının direktoru və kitabın naşiri Müşfiq XAN məlumat verib.
Tarixi romanlar müəllifi, Cənubi Azərbaycan yazıçısı Pənahi Makulunun bu əsəri XX əsrin əvvəllərində Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət Şeyx Məhəmməd Xiyabaninin həyatına həsr olunmuşdur. Əsərdə həmin dövrdə baş verən milli azadlıq hərəkatı, xalqın mütləqiyyətə qarşı mübarizəsi çoxlu zən-gin faktlarla təsvir olunur. Roman oxucunun diqqətini xalqın vəhdətinə yönəldərək, vahid Azərbaycan ideyasını təbliğ edir.
Kitabın redaktoru və ön sözün müəllifi tanınmış filoloq Elxan Nəcəfov, korrektorları Feyziyyə Hacıyeva və Cəlalə Əliyeva, texniki redaktoru Bəxtiyar Ələkbərovdur. Kitabın mətn tərtibatı Rövşən Yerfiyə, dizayn və qrafika işi isə Teymur Fərzi məxsusdur
Kitabı “Kitabevim.az” kitab marketindən və digər kitab mağazalarından, əldə edə bilərsiniz.
Kitabın qiyməti 6,5 AZN-dir.
Senet.az