“Xan” nəşriyyatından yeni kitablar: “Bəla” və “Gülüstandan öncə”

47 Baxış

 

“Xan” nəşriyyatının baş redaktoru, fil.ü.d. Nərgiz Cabbarlının verdiyi məlumata görə, nəşriyyat “tarixi romanlar” seriyasından növbəti kitabı çapa hazırlayır. Xatırladaq ki, bu seriyada Azərbaycan ədəbiyyatında xüsusi yeri və çəkisi olan tutmuş tarixi romanlar dərc olunur və silsilənin sonuncu işıq üzü görmüş əsəri Əzizə Cəfərzadənin “Bakı 1501” romanı idi.

          N.Cabbarlının sözlərinə görə, növbəti kitablar yenə də yazıçı Əzizə xanımın yaradıcılığına aiddir: “Bəla” və “Gülüstandan öncə” romanları artıq çapa hazırdır. Xatırladım ki,“Bəla” romanı Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Romanı oxuduqca ölkədə davam edən sünni-şiyə mübarizəsindən, bunun uğruna tökülən qanlardan, hətta böyük bir sevginin belə buna və siyasətə qurban verilməsindən də xəbərdar olacaqsınız.  “Gülüstandan öncə” romanı isə Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk eyməsindən, Cavad xanın həlakından bəhs edir. Bütün bu tarixi qırğınlar, əhəmiyyətli hadisələr fonunda yaşanan Teymuraz xanın böyük sevgisi gözəl hisslərin şah-rəiyyət tanımadığını bir daha sübut etmiş olacaq”.

 

.