Xan Tenqrim, Xan Tenqrim, hey!

25 Baxış

periPeri Miniaturun “Mədrəsə” miniaturu üzərində Oktay Hacımusalı nəfəsləri.

 

Adı hər şeydən üstün,

Xan Tenqrim, Xan Tenqrim, hey!
Ocaqdan gələn istim,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

Sən qədimdən də qədim,
Mürşidim və ustadım.
Adına qurban adım,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

Sən ucalan bayrağım,
Tək qutsal tapınağım.
Qoynu gülşən Uçmağım,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

Bələnmişəm nuruna,
Nurun pisdən qoruna.
Uçmuşam hüzuruna,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

Başımdaki göy çalma,
Mənə babamdan qalma.
Sevgimdir Qızıl alma,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

Bu dünya kimə qismət?
Adında gizli hikmət.
Ruhun bizə əmanət,
Xan Tenqrim, Xan Tenqrim, hey!

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10