“XAN xatirə ədəbiyyatı” seriyasının 37-ci kitabı təqdim ediləcək

12 Baxış

26828695_774828596045105_65561907_o

Yerli nəşrlər arasında ən çox oxunan “Xatirə ədəbiyyatı” seriyasından növbəti kitab işıq üzü görüb. Yazıçı, publisist və naşir Mustafa Çəmənlinin xatirələrindən ibarət “Ürəyimdən kimlər keçdi” kitabı “XAN xatirə ədəbiyyatı” silsiləsinin sayca 37-ci kitabıdır. İndiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirərləri toplanıb.

“XAN” nəşriyyatından aldığımız məlumata görə, kitabda yazıçının nəşriyyatda işlədiyi vaxtlarda müxtəlif sənət adamları ilə görüşləri təsvir olunub, onlar haqda xatirələri toplanıb.

“Ürəyimdən kimlər keçdi” kitabının təqdimat və imza günü 13 yanvar, saat 15.00-da kitabevim.az kitab mağazaları şəbəkəsinin 28 may şöbəsində keçiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10