“Xanuma” tamaşası Akademik Milli Dram Teatrda

2 Baxış

1481012342_bbbb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Senet.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.

Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.

Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir. 

Bölmə : Sənət, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10