Xaosun harmoniyası və ya heç nə

13 Baxış

pollok

Cekson Pollok

(1912, Kodi, Vayominq – 1956, Sprinqs, İst-Xempton, Nyu york)

Pollokun rəsmləri həmişə tənqidçiləri müxtəlif cəbhələrə ayırır. Harold Rozenberq incəsənətin ekzistensial drama transformasiyası barədə danışır, kətan üzərində təsvir olunanın təsvir deyil, təsadüf olduğunu deyirdi. Mühüm hadisə “Təsvir üçün təsvir” nümunəsi yaratmaq idi. Kətan ətrafında Pollokun bədən hərəkətləri – siyasi, estetik və əxlaq dəyərlərindən azad olmasıdır. 

Klement Grinberq abstrakt ekspressionizmi və ayrılıqda Polloku estetik dəyərlərin qısa ifadəsi elan etmişdi. Beləliklə, Pollokun işləri o dövrün ən yaxşı təsviri sənəti, bədii ənənənin kulminasiyası, kubistlərin işlərində Sezann və Moneyə qayıdış yaşaması kimi daha təmiz və konsentrik olduğu qənaətinə gəlir.

 

 

Bu ki sadəcə cızma-qaradır!

Bəli, lakin möhtəşəm cızma-qaradır!

Bu həqiqətən rəssam əlinin işidir?

Bəli, Pollok həqiqi rəssam idi. O, karandaşın, həmçinin fırçanın öhdəsindən əla gəlirdi. Lakin müəyyən anda o hiss etdi ki, məhz belə təsvir manerası onun etmək istədiklərini çatdırmağın ən yaxşı ifadə vasitəsidir.

Burada heç nə başa düşmək mümkün deyil!

İlk baxışda bu sadəcə xaosdur, lakin yenə də forma və rəngləri fərqləndirmək mümkündür. Hiss olunur ki, önümüzdə müstəsna dərəcədə çətin və dolaşıq nəsə var.

Bu nə ola bilər?

Məlum deyil – və çətinki öyrənmək olar. Müəyyən nəsə demək mümkün deyil. Ola bilər ki, rəssam elə bizə adı olmayan anlaşılmayan nəyisə göstərmək istəyir. Hər şey qarışıb, arası kəsilməyən suallar və heç bir cavab yoxdur. Həyatda da belə olur.

 

Nömrə 3: Pələng

1949. Kətan, ALL (ağaç lif lövhə), yağlı boya, alümin rəng

157,4×94,2 sm

Hişxorn muzeyi və heykəllər bağçası, Smiston institutu, Vaşinqton, ABŞ

Pələng

 

Bütün sahə müxtəlif rənglərlə doldurulub

Rəsmdə bütün rənglər şəxsi həyatını yaşayır, onlar iplər kimi hörülür, lakin qarışmırlar. Rəngli saplar sonsuz dolaşır- gah qalınlaşır, gah da elə nazilir ki, sanki indicə qırılacaq. Və bu bir deyil, çoxlu sayda laylardır, üstəkilər üzərində başqaları da var: sıx görünməyən qırmızı, sarı, yaşıl, ağ, qara… şəbəkə Rəssam nə qədər bacarırdısa o qədər rəngdən istifadə etmişdir.

Əgər bu rəsmə uzun müddət baxsan başın gicəllənməyə başlayır

Bəli, belə ki biz rəsmdə gördüyümüz xətlərin ardıyca getməyə öyrənmişik, burada isə xətlər aldadıcıdır. Onlar heç yerə gedib çıxmır. Baxış istiqamətini itirir fikri çəmləşdirməyə heç nə yoxdur. Belə hiss oyanır ki, sanki səni qasırğa fırlayır və yaxud fırtına küləyi bir yerdən başqa yerə atır.

Sanki rəssam rəngləri sadəcə kətanın üzərinə necə gəldi damcıladıb

Elədir ki var. O kətanı döşəməyə sərir və dəmir bankada açdığı deşiklərdən rəngləri çiləyirdi. O müxtəlif istiqamətlərə dönür, rənglərin axınını mərkəzə yönləndirir və onları müstəvi üzərində damcılamasını və yayılmasını müşahidə edir. Pollok fırçadan istifadə etmirdi. Bu səbbədən elə təəssürat oyanır ki, sanki rənglər özləri harada və necə uzanmalarını seçim etmişlər. Lakin kətanın ətrafında yerini dəyişən və əlin hərəkətini idarə edən rəssam təsadüfilik elementini minimuma endirmişdir. Hər şey dəqiq hesaba tabe olur.

polly

Bu cür qeyri-adi üsuldan istifadə emək fikri ona necə gəlmişdi?

İkinci dünya müharibəsi illərində çoxlu sayda rəssamlar Avropadan Amerikaya köçmüşdülər. Onların arasında yeni texnologiya ilə eksprementləri ilə məhşur olan Maks Ernest var idi. Bir gün Pollok onun emalatxanasını ziyarət edir və səthin xallı olması üçün rəngi kətanın birbaşa üzərinə axıtmasını görür. Sonradan Ernest  bu metodu təkminləşdirməkdən vaz keçir, Pollok isə bu metodla silahlanır. Rənglərin belə damcılandırılması metodu drippinq (ing. drip “damcılatmaq”, “axıtmaq”) adını almışdır. Fransız termini olan – taşimz (ləkələrlə incəsənət) termini də var.

Pollok başqa manerada işləyirdimi?

O drippinqə yaradıçılığının müəyyən bir dövründə müraciət etmişdir. Amma bu onun əvvəlki işlərinin məntiqi davamı olmuşdur. Pollokun işlədiyi erkən mövzulardan biri dalaşan insanlar və heyvanlar olmuşdur. Fiqurlarla yüklənmiş bu rəsmlərdə dəhşətli anlaşılmazlıq hökm sürürdü. Gözəl günlərdən birində bu rəssamı bezdirdi və o, persopnajlardan ümumiyyətlə imtina etmək qərarını verdi. Onun rəsmlərindən fiqurlar tamamilə itdilər, ramkadan kənara çıxdılar və yaxud bir-birilərini məhv etdikdən sonra yalnız xaos qaldı…

Necə qəribə rəsmdir, adam hara baxmalı olduğunu bilmir

Hər şeyə birdən baxmaq istəyirsən gözlər çarpazlaşır, rəsmin hər-hansı bir hissəsini ayırıb onu əsas kimi qəbul etmək olmur. Mərkəz kənarlardan elə də vacib deyil, yuxarı və aşağı, sağ və sol künç arasında bir fərq yoxdur…

Nə üçün rəssam hər şeyi belə qarışdırıb?

Həqiqətən hər şey elə qarışdırılıb və səhv salınıb ki fikrimizi itiririk. İradəsiz olaraq nədənsə tutunmaq istəyi yaranır, baxışla tanınılan hər-hansı formanı tutmaq istəyirik, nəyin nə olduğunu başa düşməyə çalışırıq. Bu tamamilə normal reaksiyadır. Digər tamaşaçılar hətta rəssamın onları bilərəkdən ələ saldığını düşünüb inciyə də bilərlər. Və bunun da izah edilməsi mümkündür. Pollokun niyyətinin bir hissəsi də ətrafımızda nə baş verdiyini anlamaq ixtiyarında olmadıq da bizim nə qədər köməksiz və silahsız olmağımızı göstərməkdir.

Rənglər hər hansı xüsusi mənaya malikdirlərmi?

Vacib deyil. Əlbəttə, rənglərin əsas xüsusiyyətləri onlarladır: Qırmızı həmişə səma ilə assosiasiya olunan mavidən daha güçlüdür; ağ həmişə digərlərindən daha təmiz təsiri bağışlayır və s. Sözsüz rəsm əsəri rəngli əlaqəli hisslər qamması oyadır. Yeri gəlmişkən burada yalnız fonu (əgər bu rəsmə aid edilən fondan danışmaq olarsa) təşkil edən tutqun pollokun beyin işində daha əsas yer tuta bilən hətta əsas rəng ola bilərdi…

Bu qədər rəng qatı nə üçün lazımdır?

Bu suala cavab vermək elə də asan deyil. Bunun üçün daşlaşmış qalıqlar və yaxud əl izlərini axtaran arxeoloq olmağa çalışıb təsvirin üstündən onun dərin qatlarına dalmaq lazımdır. Rəng qatları geoloji mərhələləri xatırladır:  İçəri daxil olduqca biz yavaş –yavaş orda nə olduğunu bilməsək də nə zamansa orada olanın izlərini tapmağa başlayırıq…

Rəsmin adı ilə təsvir arasında heç bir əlaqə yoxdur!

Rəsmin adındaki birinci hissə “Nömrə 3” onun müəyyən ardıçıllıqla işlənmiş bir necə işin siyahısında sıra nömrəsidir. Nömrə özlüyündə heç bir məna daşımır, rəsmin məğzini acmağa kömək etmir, xüsusilə də gerçəkliklə onun heç bir əlaqəsi yoxdur. Rəsmin adının ikinçi hissəsi “Pələngə” gəldikdə ondan baş çıxarmaq daha asandır. Rəsmdə hardasa pələngin obrazı ilə assosiasiya edilə biləcək motiv mövçuddur: rənglərin alabəzək və coşqun dinamikası, xəttlərin elastikliyi, qüvvə, məqsədyönlülük…

 

Cekson Pollok “Nömrə 5″ 

polpot

Heç nəyə baxmayaraq rəsmdə hər-hansı məna varmı?

Əlbəttə, var. Pollokun yaradıçılıqla məşğul olduğu illərdə İkinci Dünya müharibəsi ərəfəsində və sonra heç bir ənənəvi incəsənət üslubu ona görə zamanın tələblərinə cavab vermirdi. Ənənəvi vasitələrlə xaos hissini və qacılmaz fəlakəti göstərmək mümkün deyildi və Pollok özünəməxsus üslubda ətrafda hər şeyin necə məhv və həlak olduğunu göstərməyə çalışmış, hər şeyin tanınmaz dərəcədə yadlaşdığı dünyaya düşmüş tənha insanın səylə çıxış yolu axtarmağa çalışmasını təsvir etmişdir. Əgər rəsm əsəri fəlakətdən sonra qalan qalıqların xaotik yığıntısıdırsa fəlakətin rəsmini çəkməyə ehtiyaç yoxdur. Bütün bu fraqmentlər: parçalar, qırıqlar rəssamın tükənməz enerjisi vasitəsiylə paylanır, qarışdırılır və qatışdırılır…

 

“Dünya Rəssamlığı” incəsənət klubu