Senet.az suriyalı sənətçi Tammam Azzamın əsərlərini təqdim edir:
Tammam Azzam 1980-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.
O, İncəsənət Universitetində təhsil alıb.
2010-cu ildə Dubaya gedib və orada işləməyə başlayıb.
Dubayda və bir sıra şəhərlərdə onlarla sərgidə iştirak edib.
Əsərlərində Suriyada gedən müharibələr öz əksini tapır.
O, müharibənin xarabalığa çevirdiyi məkanlarda öz sənətini yaradır. Bununla da bütün dünyanın diqqətini ölkədə baş verənlərə çəkmək istədiyini deyir.
Tammam 1862-1928-ci illərdə yaşamış, avstraliyalı rəssam Qustav Klimtin “Öpüş” adlı əsərini Suriyada bombardman nəticəsində yıxılan evlərin birinin üstünə çəkib.