“Xatirə ədəbiyyatı” seriyasından yeni nəşrlər işıq üzü görəcək

58 Baxış

SadiqYaxın vaxtlarda “Xatirə ədəbiyyatı” seriyasından yeni nəşrlər işıq üzü görəcək.

Senet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində “Hədəf” nəşrlər evinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəmil Sadiq deyib. O, bu seriyadan olan tanınmış şair “Əli Kərim haqqında xatirələr” və Xalq Yazıçısı “Sabir Əhmədov haqqında xatirələr”in artıq oxuculara təqdim olunduğunu bildirib.

Eyni zamanda Ş.Sadiq Teodor Drayzerin “Amerika faciəsi” əsərinin oxucuların tələbatına görə yenidən çap olunduğunu söyləyib.

Naşir bildirib ki, rəhbərlik etdiyi “Hədəf” və “Xan” nəşriyyatı bu yaxınlarda Türkmənistanda keçirilən X Beynəlxalq kitab sərgi satış-yarmarkasında təmsil olunub. Əllidən çox ölkənin iştirak etdiyi satış-yarmarkada 50 adda 200-dən çox kitabla təmsil olunan nəşriyyatlarımız 7 nominasiya üzrə müsabiqədə iştirak edib və 2-ci yerə layiq görülüblər.

Türkmənistan mətbuatının, TV-lərin və ictimaiyyətin diqqətini cəlb etdiklərini, “Kitabi-Dədə Qorqud”un kitab və CD disklərinin maraqla qarşılandığını söyləyən Şəmil Sadiq sərgi-yarmarka çərçivəsində bir çox ziyalılarla görüşlər keçirdiyini , yerli mətbuata müsahibələr verdiyini söyləyib.

O deyib: “Səfər çərçivəsində Türkmənistanın bir sıra nəşriyyatları ilə əməkdaşlıq müqavilələri imzalamışıq. Buna əsasən “Hədəf” nəşriyyatı tərəfindən “Koroğlu” dastanının Türkmənistan variantı Azərbaycan dilinə tərcümə olunub, nəşr ediləcək. Həmçinin Türkmənistanın Xalq şairləri Gözəl Şaqulyayevanın və Atacan Taqanın kitabları dilimizə tərcümə olunaraq çap olunacaq”.

Şəmil Sadiq, həmçinin bağlanılan müqaviləyə əsasən Türkmənistanda çıxan “Dünya ədəbiyyatı” jurnalında Azərbaycan yazıçı və şairlərinə geniş yer veriləcəyini söyləyib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10