Xıdır Nəbi bayramı

157 Baxış

Şəkil2Türk millətinin dünya görüşündə “Türklərə gələn peyğəmbər”, “Türk peyğəmbər” ifadələri ilə anılan Gəzər xan(Geser) – Xıdır Nəbi adlı peyğəmbər vardır.

Türklər arasında Gəzər xan və onun gözəl fikirləri haqqında çoxlu rəvayətlər dolaşır.  İndi Türklər Gəzər xanı Xızır olaraq adlandırırlar.

Xalq deyimlərimizdə Xızır peyğəmbər hər yanı gəzib darda olana yardım edən birisi kimi xatırlanır. Belə bir ifadə də var “Xızır kimi dadıma çatdı”.

Türklərin Xıdır Nəbinin adı ilə bağlı bayramı da var.

Xıdır Nəbi bayramında buğdanı yağın içində qovurarlar. Sonra onu kirkirədə üyüdüb “qovud” adlanan narın hissəsini və “yarmalıq” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bayram ediləcək vaxtdan bir gün əvvəl evin kiçik övladını (oğlan uşağı) alma çubuğu dalınca göndərirlər. Gətirilən şüvlər uc tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar.

Axşam ana bir-bir şövləri götürüb niyyətlərini sadalayar. Hər şöv bir niyyət üçündü. Yurdun salamatlığı, mal-qaranın məhsuldarlığı, bağbağçada bolluq, oğul-qız toyu və s. niyyətlər edilər. Sonra həmin şüvlər dəstələnib orta hissədən pambıqla bağlanar və qabdakı unun üstünə sancılar. Burada Xıdır Nəbinin onların üstündə göz olması üçün də ayrıca çubuq qoyular.

Gecə düşəndə həmin dəstələnmiş çubuqlar şam kimi yandırılar. Özü yanıb sönənədək ona toxunulmaz. Həm də səhərə qədər qablardakı una əl vurulmaz. Çünki inanca görə əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir.

Xıdırla (Xızır) bağlı bəzi xalq deyimlərini nəzərinizə çatdırım:

-Qəlbi təmiz, Allaha inanan insanalara kömək edər..

-Getdiyi yerlərə bolluq, bərərkət gətirərə.

-İnsanların bəxtlərinin açımasına, işlərinin uğurlu olmasına kömək edər.

-Möcüzələr edə bildiyinə inanılır.

Xıdır Nəbi ümumtürk kültürünə məxsus bir bayramdır.  Bu bayramı Türkmənistanda, Türkiyədə, Güney və Quzey Azərbaycanda qeyd edirlər.

Azərbaycanda elliklə qeyd edildiyi bölgə Naxçıvan və Tovuz bölgəsidir  Gördüynüz şəkil bu il keçirilən Xıdır bayramı zamanı Tovuzda çəkilib. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın bir çox bölgələrində bu bayram unudulub. Qeyd edilən bölgələrimizdə isə fərqli günlərdə qeyd edilir. Demək olaraq ki, dekabr ayından başlayaraq fevral ayına kimi müxtəlif vaxtlarda qeyd edilir.

Türkiyədə may ayında qeyd edilir.

Odər Sərdar

 

Bölmə : OxucuKlubu
KÖŞƏ YAZARLARI
TOP 10