“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi nəşr olunub

14 Baxış

14890762375397164894_1000x669

Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi yenidən nəşr olunub.

Bakı Dövlət Universitetindən (BDU) Senet.az-a bildiriblər ki, 1974-cü ildə nəşr edilmiş və 40 ildən çox ali məktəb tələbələrinin, müəllimlərinin stolüstü kitabına çevrilmiş bu nadir dərslik BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova tərəfindən təkmilləşdirilərək yenidən çap olunub.

Dərslik ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün tərtib edilib. Əsər “Azərbaycan ədəbiyyatı tarixi” proqramına əsasən yazılıb.

Dərslikdə aşağıdakı fəsillər əhatə olunub: XIX əsrin I yarısında (30-40-cı illər) Azərbaycan ədəbiyyatı; 50-60-cı illər Azərbaycan ədəbiyyatı; 1970-1990-cı illərdə Azərbaycan ədəbiyyatı və s.

Nəşrdə A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, Ə.Nəbati, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov kimi görkəmli yazıçılar haqqında ayrı-ayrı oçerklər də verilib.

KÖŞƏ YAZARLARI
TOP 10