Xocalı faciəsinə həsr edilmiş “İnsanlıq fəryadı” adlı kompozisiyanın nümayişi keçirilib

6 Baxış

insanlıq fəryadı22 fevral 2016-cı il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xocalı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirak etdiyi Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş “İnsanlıq fəryadı” adlı kompozisiyanın nümayişi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, soyqırımın canlı şahidləri şəhid Milli qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şəkidə Mustafayeva, igidliyə görə medalla təltif olunan Şöhrət Həsənovun bacısı Mehriban Əliyeva və Surxay Quliyev fəciədə yaşadığı dəhşətli anlardan bəhs ediblər. Xocalı rayon İcra Hakimiyyətinin müavini Vahid Əliyev və Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bir daha vurğulayıblar ki, Xocalı faciəsi Azərbaycan tarixində insanlığa qarşı ən böyük və dəhşətli cinayətdir.

Rəsmi hissədən sonra istedadlı gənclər Orxan Əliyev, Rəhiməxanım Qüdrətova, Ləman Fərmanlı, Nəzrin Əsgərzadə, İmran Qurbanov, Anar Buludov, İsmayıl Məmmədzadə, Bəhram Həsənov, Mehman Fətullayev, Elşən Əsgərov, Adil Səfərov, Nihat Qəriblinin ifasında “İnsanlıq fəryadı” adlı qəlbə toxunan kompozisiya nümayiş etdirilib. Tədbirin aparıcısı mərkəzin əməkdaşı Afaq Ağayeva olub.

Bölmə : Sənət xəbər