Xocalı həqiqətləri Almaniya Milli Kitabxanasında

3 Baxış

XocaliXocalı faciəsinin 23 illiyi ilə bağlı adı çəkilən hadisəni özündə əks etdirən kitablar, sənədli film və eyni zamanda, Dağlıq Qarabağ və onun ətrafında baş verən tarixi həqiqətlər haqda yazılmış kitablar Almaniya Milli Kitabxanasına təqdim olunub.

Bu barədə mətbuata məlumatı təşkilatçı, Maynz şəhər bələdiyyəsi Yabançılar məclisinin üzvü,  soydaşımız Sarvan Rizvanov verib.

Onun sözlərinə görə, çap materialları və film adı çəkilən kitabxananın qeydiyyat və işlənmə şöbəsindən sonra oxucuların istifadəsinə veriləcək. “Bu, imkan verəcək ki, oxucu auditoriyası yaxın və uzaq tariximizdə xalqımızın üzləşdiyi problemlərlə bağlı həqiqətləri özündə əks etdirən materiallardan xəbərdar olsunlar. Bu layihə ermənilərin dünyada qondarma erməni soyqırımının 100 illiyini qeyd etdiyi bir zamanda, yaxın tariximizdə xalqımızın yaşadığı faciələri beynəlxalq aləmə çatdırılmasında növbəti addımlardan biridir” – deyə Rizvanov bildirib. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10