Xocalı soyqırımın tarixi təhlilinə aid ilk kitab yazıldı

34 Baxış

xocGörkəmli tarixçi Boran Əzizin yeni “Xocalı Soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” adlı kitabı işıq üzü görüb.

Xocalı soyqırımı ilə bağlı yetərincə dəyərli bədii-publisistik əsərlər yazılıb lakin, qeyd etmək lazımdır ki, bu kitabda ilk olaraq Xocalı həqiqətlərinin geniş əhatəli tarixi-elmi təhlili verilmişdir.

Kitabda Xocalı soyqırımının baş verdiyi tarixi şərait və həyata keçirilmə üsulları, səbəbləri faktlar və sənədlər əsasında müqayisəli şəkildə araşdırılmışdır.

Araşdırma nəticəsində bu qənaətə gəlinmişdir ki, Xocalı soyqırımını həyata keçirən təşkilatçının və sifarişçinin o dövürdəki Rusiya rəhbərliyinin başlıca məqsədi xalqımızı müstəqillik yolundan döndərmək, onu yenidən öztəsir dairəsinə qatmaqdan ibarət olmuşdur.

Senet.az

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10