Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək

3 Baxış

xocalı26 fevral 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmləri nümayiş etdiriləcək.
“İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Bölmə : Kino, Sənət xəbər