“Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsi

9 Baxış

14859199961741843383_1000x669

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb.

Senet.az TEAS-ın saytına istinadla xəbər verir ki, bu il nüfuzlu münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.

Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işi və ya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək. Qaliblərin adları fevralın 22-də elan olunacaq.

Birinci yerin sahibinə 500 funt və “Xocalı Sülh Mükafatı-2017”, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 funt təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Ceyms Noblla khojalypeaceprize@connectpa.co.uk elektron ünvanına müraciət edə bilərlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10