Xocalıdan bəhs edən film “Emmi” mükafatı ala bilər

46 Baxış

endlees

Litvalı rejissor Aleksandras Broksanın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz Dəhliz” filmi daha bir beynəlxalq mükafata layiq görülüb.

Senet.az xəbər verir ki, film iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalında  “Ən Yaxşı Sənədli Film”, Aleksandras Brokas isə  “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyası üzrə qalib olub.

Qeyd edək ki, “Sonsuz Dəhliz” filmi bir müddət öncə ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını alıb. Mütəxəssislərin fikrinə görə, bu mükafatı almaq, filmin gələn il “Emmi” mükafatlarında şansını artırır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10