Xocalıdan bəhs edən filmin daha bir beynəlxalq uğuru

42 Baxış

endlessLitvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmi 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.

“Sonsuz dəhliz” filmi “Milan IFF 2015” festivalında aşağıdakı nominasiyalarda iştirak edib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film”.

Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən “Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. Belə ki, film ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show”, Madrid Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və A.Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10