“Xocalıya ədalət: şagirdlərin gözü ilə” esse müsabiqəsinin qalibləri bəlli oldu

70 Baxış

a7

Hədəf Kurslarının keçirdiyi “Xocalıya ədalət: şagirdlərin gözü ilə” esse müsabiqəsinin qalibləri bəlli oldu.

Müsabiqədə birinci yerə Azadlıq filialının şagirdi Məmmədli Röya, ikinci yerə Nizami filialının şagirdi Xəlilova Nuray və üçüncü yerə isə Sumqayıt filialının abituriyenti Qulizadə Nigar layiq görüldü.

Mükafatları Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov təqdim etdi. O, 26 fevral Xocalı soyqırımı barəsində şagirdlərlə söhbət apardı və “Xocalıya ədalət: şagirdlərin gözü ilə” esse müsabiqəsi barəsində onlara məlumat verdi. Müsabiqənin şagirdlər arasında vətənpərvərlik hisslərinin aşılanmağına və yaradıcılıq qabiliyyətlərinin artırılmasına xidmət etdiyini bildirdi.

Birinci yerin qalibi Məmmədli Röya da öz növbəsində Xocalı faciəsi barəsində fikirlərini öz şagird yoldaşları ilə bölüşərək, bu günün anlam və önəmindən xəbər verdi. Bununla yanaşı o, belə bir  müsabiqədə qalib olmaqdan qürur duyduğunu bildirdi.

Qaliblər Diplom və müxtəlif hədiyyələrlə mükafatlandırdılar.

Qeyd edək ki, müsabiqənin seçim mərhələsi iki mərhələdə baş tutub. Birinci mərhələdə “Ustad” jurnalının redaktoru Səbuhi Şahmursoy və “Senet.az” saytının redaktoru Rövşən Danyerinin iştirakı ilə müsabiqənin “qısa siyahısı” açıqlanıb. İkinci mərhələdə isə Hədəf Kurslarının Elm və Tədris Departamentinin direktoru Elxan Nəcəfov ilk üç yerin qalibini seçib. Müsabiqənin seçim mərhələsində şagirdlərin məsələyə öz yanaşmalarını qoyması, mövzunu fərqli baxış bucağından dəyərləndirməsi əsas kriteriya kimi götürülüb.

 

Bölmə : Bölməsiz