Xristofor Kolumbmu, yoxsa türklərmi?! – Əli bəy Hüseynzadə

19 Baxış

17

Məlumdur ki, Amerikanın kəşfi şərəfi Xristofor Kolumba aiddir. Bir neçə millət vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar. İtaliyalılar, bılxasso Geneva şəhəri xəlqi diyorlar ki, Kolumb bizlərdən olduğu üçün, bizim şəhərimizdə təvəllüd etdigi üçün şərəf bizimdir. İspaniyalılar diyorlar ki, xeyr. Kolumba gəmiləri verən biz olduğumuz üçün o şərəfə kimsənin haqqı olamaz. Osmanlı türkləri də diyorlar ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb Amerika kəşfınə müvəffəq olmaz idilər. Skan­dinaviya xalqı isə diyor ki, Kolumbdan çox əvvəllər biz İslandiya cəzirəsindən Amerikanın şimal cəhətlərinə getmiş idik. Ancaq bu hadisə bilaxirə yaddan çıxdı. Lakin əxirən fransızca “Fiqaro” qəzetəsinin verdiyi xəbərə baxılarsa, türklərin Kolumbdan çox əvvəl Amerikaya getmiş olduqları anlaşıyor.

Bu qezetədə oxunduğuna görə: “Amerikayi cümhuriyyətlərin­dən olan Meksikanın üəomayi-lisaniyuni Meksikanın vəsətlərindən bəzi qəbilə və əşirətlərin türkcə danışıb söylədiklərini kəşf edib föv­qəladə düçari-heyrət olmuşlardır. Bunun üzərinə üləmayi-mümaunileyhim, ticarət qəsdilə Meksika şəhərində iqamət etməkdə olan istanbullu bir ruma müraciət edib məsələyi həll etmək üçün özləri ilə bərabər türkcə danışan qəbilələrin nəzdinə getməsini təklif etmiş­lər. Rum taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkcəyə müşabeh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsilə kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkcə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əflkar eyləmişdir.

Bu hadisəyə meksikalılar nəhayət, mərtəbə heyrət ediyorlar!..”

“Türklər kimdir və kimlərdən ibarətdir” ünvanlı məqalatımızda zikr olunduğu vəchlə, Baykal civarında Orxan nəhri kənarlarında tukuyu, yaxud türk-oğuz türklərinə dair fövqəladə kəşfiyyati-mühüm-mədə bulunan Peterburq və Helsinqfors türkoloqlarının heyəti-elmiyyələrinin Meksikaya dəxi bərayi-təhərriyyati-ciddiyyə adamlar gön­dərəcəklərini ümid ediyoruz.

İstanbulda hənuz böylə şeylərin qədrini biləcək dərəcədə hazır­lıq yoxdur…

 “Нəуаt” 1905. №129

KÖŞƏ YAZARLARI
TOP 10