04-06 fevral, 2016-ci il tarixlərində Birləşik Ərəb Əmirliklərində XVI Beynəlxalq Təhsil Texnologiyaları konfransı keçiriləcək.
Konfransın məqsədi təhsil və texnologiya sahəsində çalışan akademikləri, tədqiqatçıları və müəllimləri bir məkanda görüşdürməkdir. Tədbirə elmi məqalələr, müxtəlif formatlı layihələr və yaxud da dinləyici kimi qoşula bilərsiniz. Konfransın əsas dili türk və ingiliscə olacaq.
İştirak etmək istəyənlər fevralın 2-nə qədər www.iet-c.net saytından və ietcconferences@gmail.com email adresi vasitəsilə məlumatları göndərə bilərlər.