“XX əsrin Norveç hekayələri”

28 Baxış

15203298434541526955_1000x669

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan “XX əsrin Norveç hekayələri” kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos və Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.