“Yaddaşlarda yaşayan Xocalı” sərgisi keçiriləcək

20 Baxış

xocaliBu gün (fevral ayının 25-i) Muzey Mərkəzinin sərgi qalereyasında “Yaddaşlarda yaşayan Xocalı” adlı sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən senet.az-a verilən məlumata görə, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə Azərbaycan rəssamlarının Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş etdiriləcək. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı Ermənistanın işğalçı ordusu soyqırımı törədib. Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir. Sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28, 10 heykəltəraşın 12, 10 dekorativ tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunacaq.

Sərgi fevral ayının 27-dək davam edəcək. 

 

senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10