Yalnız incəsənət vurğunlarına yoluxan xəstəlik

65 Baxış

paris

Renessansın vətəni sayılan Florensiyadakı əsərlər bir çox adamı xəstəxanlıq edir. Belə ki, qalareyalarda gəzərkən turistlərin ürəyi sıxılır, nəbzi sürətlə vurmağa başlayır. Bir çox hallarda təzyiqi qalxır. Bəzən də ürəkləri gedir və nəticədə xəstəxanaya aparılırlar.

Bəs bunun səbəbi nədir? Mütəxəssislərin fikrincə sənət əsərlərinə baxarkən insanlarda xüsusi heyranlıq hissi yaranır, nəticədə bu cür hallar baş verir. Belə vəziyyətə tibbdə Stendal və yaxud da Florensiya sindromu deyilir.

1989-cu ildə bu sindromu italiyan psixoloq Qraziella Maqherini  kəşf edib. O,  psixoloqların köməyi ilə uzun illər müxtəlif tədqiqatlar aparıb. Qraziella Florensiyada muzeyləri ziyarət edənləri izləyib və bir müddət sonra onların ürəklərinin sürətlə döyündüyünü, nəfəs almaqda çətinlik çəkdiklərini müşahidə edib. Onun fikrincə bu sindrom zəif bədənlərdə ürəkkeçmə ilə müşaiyət olunur. Sindromun adı isə 1817-ci ildə Florensiyaya səyahət edən və burada gəzərkən ürək döyündülərinin sürətləndiyini yazan fransız yazıçı Stendaldan götürülüb. Ancaq bu sindrom bir çox hallarda Florensiyada rast gəlindiyi üçün psixoloqlar bəzən buna Florensiya sindromu da deyirlər. Burada diqqət çəkən məqamlardan biri də odur ki, bu məsələdə Florensiya tək deyil.

Qüds sindromu – Qüdsə səyahət edən turistlərdə dini və mistik məkanları gəzərkən bu hallar müşahidə olunur. Şəhərin tarixi və dini məkanlarından təsirlənən adamlarda tənhalıq, gəldikləri qrupdan ayrılmaq istəyi, hirslənmək kimi hisslər meydana gəlir. Bəzən bu hallar daha kəskin hal alır və bəzi turistlər mistik varlıqların onlarla söhbət etmək istədiklərini iddia edirlər. Qüds sindromu Məkkə və Roma kimi dini şəhərlərdə də müşahidə olunur.

Paris sindromu – Paris sindromu ən çox yapon turistlərdə tapılır. Bu sindrom Parisi ziyarət edən turistlərdə şəhər barədə eşitdikləri əfsanələri tam görə bilmədikdə baş verir. Parisin və fransız həyat tərzinin yazılanlar qədər gözəl olmadığını görmək bəzi turistlərdə stressə səbəb olur. Bir çox hallarda bu stress turistlərin səyahətini yarımçıq dayandırmaqlarına səbəb olur.

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10