“Yalnızlığın bal ayı” Polşada

20 Baxış

23558082_749058598622105_1475307846_o

 

Daha çox detektiv romanlar müəllifi kimi tanınan Müşfiq XANın “Yalnızlığın bal ayı” (“Медовый месяц одиночества”) psixoloji-məhəbbət romanı Polşanın “Ridero” nəşriyyatında çap olunub. “Müasir sevgi romanı” seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb. Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da Amazon.com, ЛитРес, ozon.ru, Books.ru və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

Qeyd edək ki, bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.

KÖŞƏ YAZARLARI
TOP 10