“YARAT” Film Klubunda “Xeyirlə Şərin rəqsi”

8 Baxış

14932980085089756683_1000x669

Mayın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii filmi nümayiş olunacaq. Film Xalq Yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında ekranlaşdırılıb.

Senet.az xəbər verir ki, “YARAT” Film Klubunun təşkil edəcəyi nümayişdə Çingiz Abdullayev, Yavər Rzayev, filmin çəkiliş heyəti, baş rolların ifaçıları iştirak edəcəklər.

“Xeyirlə Şərin rəqsi” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və başqaları canlandırıblar.

KÖŞƏ YAZARLARI
TOP 10