“YARAT” Müasir İncəsənət Məkanında “Şüşə ev” filmi nümayiş olunacaq

4 Baxış

14969954992666565492_1000x669

İyunun 13-də “YARAT” Müasir İncəsənət Məkanında “Şüşə ev” filmi nümayiş olunacaq.

Senet.az xəbər verir ki, film incidilmiş, yoxsulluğa düçar olmuş və evdən qaçmış 4 qızın həyat hekayəsindən bəhs edir. Həmin qızlar Marcane Halati tərəfindən təsis edilmiş özəl sığınacaqda məskunlaşıblar. Hadisələr Tehran küçələrində və Omid-e-Mehr reabilitasiya mərkəzində cərəyan edir. Həmin bu mərkəz getməyə yeri olmayan 15-25 yaşlı qızlara sığınacaq verir.

Film ingilis alt yazıları ilə fars dilində nümayiş olunacaq.

Filmin nümayişi yerli gender ekspertlərinin aparacağı müzakirə ilə davam edəcək.

Qeyd edək ki, filmin nümayişi Equals assosiasiyasının dəstəyi ilə təşkil olunur.

KÖŞƏ YAZARLARI
TOP 10