“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış aktyorla görüş olacaq

5 Baxış

1501328777303335304_1000x669

Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək.

Senet.az xəbər verir ki, Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək.

Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.

Qeyd edək ki, görüşdə hər kəs iştirak edə bilər.

KÖŞƏ YAZARLARI
TOP 10