YARAT müsabiqə elan edir

73 Baxış

yaratYARAT Müasir İncəsənət Məkanı Azərbaycanda təsviri sənət ilə məşğul olan insanların yaradıcılığını dəstəkləyən “ARTIM” layihəsində iştirak etmək üçün açıq müsabiqə elan etməsindən məmnunluq duyur.

Trend-in məlumatına görə, 2015-ci ilin oktyabr ayından İçərişəhərin mərkəzi, münasib və izdihamlı bir guşəsində açılmış “ARTIM” Layihələr Mərkəzi Azərbaycanlı və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirilməkdədir.

Müsabiqədən uğurla keçəcək namizədlər, öz layihələrini reallaşdırmaq üçün 3000 (üç min ƏDV daxil) Azərbaycan manatı məbləğində büdcə ilə təmin olunacaqlar. Onların yaradacağı sənət əsərləri ARTIM Layihə mərkəzində 6 həftə ərzində nümayiş etdiriləcəkdir.

Bu layihə üzrə müraciət edənlər sərbəst və hüdudsuz yanaşmalara malik ola bilərlər. ARTIM bütün yaradıcı fərdləri bu layihədə iştirak etməyə dəvət edir və layihə hər cür təsviri sənət kompozisiyasının nümayişinə açıqdır.

LAYİHƏ TƏKLİFLƏRİ:

ARTIM” ən azı altı layihə seçəcəkdir və aşağıda göstərilmiş komponentlər hər bir layihədə müvafiq olaraq əks olunmalıdır:

 

Sərgi komponenti:

Hər bir layihə “ARTIM” sərgi mərkəzində 6 həftə ərzində nümayiş etdirilməlidir. Bütün bunlara əlavə olaraq, hər bir rəssam üçün kompozisiyaların 2 həftəlik quraşdırma işləri də nəzərdə tutulmuşdur.

 

Maarifləndirici komponent:

Hər bir layihənin müvafiq maarifləndirici komponenti də olmalıdır. YARAT bu sahədə inzibati dəstəyin göstərilməsini və aidiyyəti üzrə məsləhətlərin verilməsini təmin edəcəkdir.

 

ARTIM LAYİHƏSİNİN ŞƏRT VƏ MÜDDƏALARI: 

ARTIM layihəsində iştirak etmək istəyən namizədlərin yaşı 18-dən aşağı olmamalıdır. Ərizələr həm peşəkar, həm də həvəskar rəssamlar tərəfindən, habelə hal-hazırda rəssamlıq ocaqlarında təhsil alan tələbələr tərəfindən təqdim oluna bilər.

 

ƏRİZƏLƏRİN SON QƏBUL TARİXİ: 

*Ərizələrin son təqdim olunması tarixi 20 Dekabr, Bakı vaxtı ilə saat 18:00-dır. 

Son təqdimat tarixindən sonra göndərilən ərizələrə baxılmayacaqdır.

Sözügedən ərizə formalarını müvafiq təlimatlarla www.yarat.az/en/visit/artim saytından yükləmək mümkündür.

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər