“YARAT” səhnəsində yeni tamaşa

5 Baxış

2b

Noyabrın 2-də “YARAT” Müasir İncənət Mərkəzində rejissor Vika Privalovanın səhnələşdirdiyi “Birgə yaşama” adlı tamaşa təqdim ediləcək.

Senet.az xəbər verir ki, rus dilində nümayiş ediləcək səhnə əsərinin əsas mövzusu balaca Vovanın məhəbbəti üzərində qurulub.

Tamaşada “Eskizi v prostranstve” teatrının aktyorları – Nikita Maltsev, Alisa Kosaryova, Dmitri Mışkin, İrina Mixeyşina, Mixail Petruxin və Marqarita Qoloşumova iştirak edəcək.

Səhnə əsərinin mövzusu belədir: Vovanın 5 yaşı olanda o, bağçada qırmızı ayaqqabılı qıza aşiq olur. Ya qızın, ya da ayaqqabıların sehrinə düşən Vova günorta bütün uşaqlar yatanda qızın çarpayısına yaxınlaşır və onun ayaqqabılarını öpməyə başlayır. Tərbiyəçiyə bu hərəkət heç də xoş gəlmir, buna görə də o, Vovanı döşəmə əsgisi ilə vurur…

KÖŞƏ YAZARLARI
TOP 10