“YARAT”da “Bu sevgidir” filmi nümayiş olunacaq

6 Baxış

rust

Martın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Bu sevgidir” adlı filmi nümayiş ediləcək.

Senet.az xəbər verir ki, ssenari müəllifi və rejissoru filosof və konseptual rəssam Teymur Daimi olan filmin əsas mövzusu sevgi və ölümdür.

Yarım saatlıq sənədli film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir. Onların münasibəti XX əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır.

Ekran əsəri qısametrajlı sənədli film olsa da, mövzunun incə və həssas açıqlanması, fərdi müəllif ifadəsini vurğulayan çoxşaxəli rejissor fəndləri bu əsəri bədii filmə çevirir.

Ekran əsəri bir sıra nüfuzlu beynəlxalq kino festivallarında uğurla iştirak edib.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10