“YARAT”da canlı musiqi axşamı

14 Baxış

15182690051801438586_1000x669

Fevralın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində canlı musiqi axşamı təşkil olunacaq.

Senet.az xəbər verir ki, musiqi axşamında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edəcək. Kollektivin dirijoru və bədii rəhbəri Xalq Artisti Teymur Göyçayevin. Orkestrin müşayiəti ilə skripkaçı Rövşən Əmrahov da bir sıra kompozisiyalar ifa edəcək. Həmçinin proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq Artisti Gülağası Mirzəyev və Əməkdar Artist Nigar İbrahimova çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb.

KÖŞƏ YAZARLARI
TOP 10