“YARAT”da işıq qrafikası ustad dərsləri

12 Baxış

15344288352791520602_1000x669

“YARAT” Müasir İncəsənət Məkanı yaradıcı gəncləri işıq qrafikası üzrə ustad dərslərinə dəvət edir.

Senet.az  xəbər verir ki, dərslər çərçivəsində iştirakçılar bacarıqlarını göstərəcək, işıq qrafikasının sirlərini öyrənəcəklər.

Ustad dərsləri tanınmış rəssam Vüqar Muradov və sənətçi-fotoqraf Fəxriyyə Məmmədova tərəfindən aparılacaq. Ustad dərsləri avqustun 27-dən sentyabrın 1-dək davam edəcək.

Sonda əsərlərin yekun təqdimatı keçiriləcək.