“YARAT”da Milli Musiqi Gününə həsr olunmuş konsert

0 Baxış

hg

 

“YARAT” freestyle çərçivəsində Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, tədbir milli musiqi və rəqs dünyasının irsini və geniş diapazonunu, gözəlliyini və incəliyini özündə ehtiva edib. Konsertdə milli musiqimizin tarixinin dərinliyini əks etdirən geniş Azərbaycan klassik fonotekası maraqlı retrospektiv formada təqdim olunub.

Konsertdən əvvəl musiqişünas, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, sənət layihələrinin kuratoru, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irs üzrə eksperti Cahangir Səlimxanovun çıxışı dinlənilib.

Konsertdə “AMAROK” musiqi qrupu, “Samur” Ləzgi Milli Mərkəzinin ansamblı, “İZ” qrupu və digər ifaçıların çıxışları dinlənilib.

Bölmə : Musiqi, Sənət
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10