“YARAT”da növbəti ustad dərsi – “Özünü kəşf et”

14 Baxış

1536243468432819295_1000x669

“YARAT” Müasir İncəsənət Mərkəzində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

“YARAT”dan Senet.az-a bildirilib ki, “Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərlərini yaradıblar. Budəfəki ustad dərslərinin mövzusu təbiət motivləri (linoqravüra), natürmort və sərbəst mövzu olub.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri bundan sonra hər çərşənbə saat 19:00-dan 21:00-dək keçiriləcək. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq.