“YARAT”da tanınmış gürcü rəssamın fərdi sərgisi açılacaq

5 Baxış

yara

Dekabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstanın tanınmış rəssamı Vaciko Çaçxianinin “Milçəklər dişləyir, yağış yağacaq” adlı fərdi sərgisi açılacaq.

Senet.az xəbər verir ki, sərgi rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə edib.

Qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası özündə antik dövründən və digər tarixi keçmişdən olan heykəlləri cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər pazlarla bərkidilib və onlar heykəlləri birtəhər tutub saxlayır; eyni zamanda, bu, onların paralanmasına, bir-birindən aralanmasına təhlükə yaradır. Bu heykəllər rəvayət şəklində təqdim edilən tarixin dağılıb-itən mahiyyətinə istinad edir. Burada Gürcüstan sanki öz qədim mifologiyası (Prometeyin Qafqaz dağlarında qayalara zəncirlə bənd edilməsi haqqında əfsanə) və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında ilişib qalıb.

Bu “keçilməz” meşədən azca aralıda, taxtadan hazırlanmış üç anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi, daha iriləri, öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Forma baxımından onlar V. Çaçxianinin 2017-ci ildə Venesiya Biennalesinin pavilyonunda istifadə etdiyi tikili ilə eynidir. Bu tikililər də insanı nostalji hisslərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsinə istinad edir.

Ölçüsü nisbətən kiçik anbarda isə “Milçəklər dişləyir, yağış yağacaq” adlı yenicə işıq üzü görən film nümayiş etdirilir. Sərginin adı da məhz bu filmdən götürülüb. Məşhur gürcü nağılında oğul öz anasının ürəyini gerçək olmayan sevgisinə qurban verir. Bu nağılı tutqun və cəsarətli müasir interpretasiyada təqdim edən film, əsrlər boyu mifologiya və folklorun köməyi ilə arzu, həyat və ölüm arasındakı incə əlaqəyə, məşhur Jak Lakanın psixoanalitik nəzəriyyəsini vurğulayır. Rəssam, öz hər şeyi bilmək istəyi və cəsarətli üslubu ilə, bir qayda olaraq, “identiklik”, yəni, ailə, milli mənsubiyyət və “kimlik” anlayışımıza yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Rəssama görə, sərgi tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır. 2019-cu il aprelin 14-dək ziyarətçilər üçün açıq qalacaq sərginin kuratoru Suad-Qarayeva Malekidir.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10