Dekabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Dünən qəfildən gəldi” adlı film nümayiş ediləcək.
Senet.az xəbər verir ki, rejissor Mübariz Nağıyevin ekranlaşdırdığı filmin xronometrajı 30 dəqiqədir.
Film, yaşı 40-ı haqlamış iki tənha insanın həyatından kiçik bir epizodu əhatə edir. Onlar təsadüf nəticəsində tanış olur, başqa bir təsadüf isə onları ayırır.
Ekran əsəri Azərbaycan dilində ingilis subtitrləri ilə nümayiş olunacaq.