“YARAT”ın səhnəsində yeni tamaşa -“Bir günəş altında”

23 Baxış

15205919601643561454_1000x669

Martın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Bir günəş altında” adlı tamaşa təqdim ediləcək.

“YARAT”dan Senet.az-a bildirilib ki, səhnə əsəri “British Council” Azərbaycan, Mədəniyyət və İncəsənət Universiteti, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

Tamaşada forum-teatr texnikaları istifadə ediləcək. Bu tamaşa fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir. Pyes teatrı sosial dəyişikliklər üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daim yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulur.