“Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman Hikmət Muradova həsr olunub

0 Baxış

hg

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilməkdə davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Yarıda qalmış uçuş” adlanır.

Senet.az xəbər verir ki, “Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman, hərbi pilot Hikmət Muradov haqqındadır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. Döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Muradov Xocalı aeroportundan Yevlaxa apardığı 6 nəfər dispetçerlə birlikdə şəhid olmuşdur. Filmdə qəhrəmanın sinif yoldaşları, qardaşı, əmisinin qisasını almaq üçün II Qarabağ savaşına yollanan qardaşı oğlunun müsahibəsi və onun nakam, yarımçıq qalmış məhəbbət hekayəsindən danışılır. Filmdə qəhrəmanın şəxsi arxivindən istifadə edilərək uşaqlıq, məktəb illərinin, oxuduğu Kiyev Uçuş məktəbində çəkdirdiyi fotoşəkillərdən istifadə olunub.

Ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.

Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Bölmə : Bölməsiz