Yay tətilini Parisdə keçirəcək cütlüklər diqqət – Bunu etmək qadağan olundu

17 Baxış

 parisssParis bələdiyəsi sevgililərin etirazına səbəb olacaq bir addım atıb. Belə ki, bələdiyyənin qərarına əsasən, sevgililər tərəfindən Pont Des Arts körpüsünün üstünə asılan qıfıllar yığışdırılacaq. 1 milyona yaxın qıfılın iyunun 8-nə qədər yığılaraq zibilliyə atılacağı gözlənilir.

Bələdiyyə sədri bu qərarı belə əsaslandırıb: “Pont Des Arts körpüsündə təxminən 1 milyona yaxın qıfıl var. Qıfılların ağırlığı 45 min tona yaxındır.  Istər-istəməz körpüyə ziyan verir. Buna görə də qərara alındı ki, cütlüklərin asdığı qıfıllar tamamilə təmizlənsin. Artıq körpüyə qıfıl asmağa icazə verilməyəcək”.

Qeyd edək ki, 2008-ci ildən bu günə qədər Pont Des Arts körpüsü Parisi zirayətə gedən sevgililərin baş çəkdikləri ilk məkanlardan biri idi. Cütlüklər adlarının yazılı olduğu qıfılları körpüyə asaraq, açarını Sena çayına atırdılar. Bu ritualı yerinə yetirən cütlüklərin sevgilərinin ölümsüz olacağına inanılırdı.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10