Bizim Bakı küləyində
Əsir yenə Bakı küləyi.
Gah coşur,gah çağlayır.
Verib Xəzərlə baş-başa
Qisas almaq istəyir
Sonsuz ayrılıqdan,
Yalan məhəbbətdən.
Sonsuz bir intiqam hissi var.
Bizim Bakı Küləyində
Əsir külək əsir yenə,
Rəqsə dəvət edir, mavi xəzəri.
Əsir,yalnızlıq dərdindən.
Əsir Xəzərin ifa etdiyi ayrılıq nəğməsi əhatəsində.
Acı bir dərd var Sankı,
Bizim Bakı Küləyində.
Əsmə daha bəsdir dayan!
Mən sənə paxıllıq edirəm.
İndi sənə güvənib, həqiqəti deyirəm.
İkimizdə bir dərtdəyik,
Sən əsir mən yanıram,
Sən əsdikcə mən dahada alovlanıram.
Sus…
Təşəkkür edirəm Susduğun üçün
Ey insanlar gördünüzmü?
Biri ilə dərtləşmək həsrəti var
Bizim Bakı Küləyində.
Bizim Bakı Küləyində…
Sayıqlamaq
Heç nə istəmirəm.
Sadəcə 1 siqaret,və ucuz şərab.
Qaranlıq otaq,və qəmli mahnı.
Siqaretin acı tüstüsünü çəkim ciyərə.
Göz yaşlarıma qarışan şərabı az-az içim
Səni düşünüm.
Ağlayım.
Rahatlayım.
Sonrada yatım.
Bütün günlərim
Belə keçsin.
Səhər oyanım,
Bir az başım gicəllənsin
Narahat olma özümə tez gələcəm…
Öz-özlüyümdə düşünürəm
Axı niyə sevirəm?
Mənim nəyimə lazım
Sevmək sevilmək?
Bu qədər acı çəkmək.
Nəyə Lazım
Yuxusuz gecələrə şərabla
Lay-lay çalmaq?
Zatən dünya nifrət toxumlarından ibarət.
Nifrət dolu baxışlar.
Baxışlar deyir
Hamıdan bir səs eşidirəm
Aha səslənir alqışlar
Əşi,nəysə…
Daha sözüm qutardı amma yaman darıxıram
Aman tanrım Şərab bitdi,
Ona görə axmaqlayıram.
Yaz şair…
Yaz şair, ruhumun dərinliklərindən gələn səsi
payız axşamı küçədə müştəri gözləyən, fahişələri
ehtirasıyla kişilərdən intiqam alan sarışın gözəli.
Yaz şair dumandan…
dumanda heçliyə qovuşan qadından.
Yaz, Parisdən, ehtirasdan, sevgidən.
ehtirasdan doğulan şeirdən
Mən əclafam yaz əclaflıq fəlsəfəsindən.
Hər şeydən yaz
Amma mən əclafam,
bu haqda daha çox yaz. . .
bir az da dünya həqiqətlərindən yaz!
Buraxın mahnı oxuyum…
Buraxın mahnı oxuyum
Sussun sakitliyim,
Danışsın sənsizliyim.
Bir mahnı oxuyum ki,
Bağırsın alqışlar.
Sönsün alovlar.
Alışsın ehtiras.
Buraxın mahnı oxuyum.
Romantik yorğana bürünsün hər kəs.
Oxuyum səndən,
Oxuyum məndən,
Ayrılıq Ehtitas sevgidən.
Buraxın mahnı oxuyum,
Serenata, Amore
Sadə bir italiyan mahnısı.
Bir İtalyan Müğənnisinin dediyi kimi
Buraxın mahnı oxuyum
Çünki, bundan qürur duyuram
Mən bir italiyanam
Əsl İtaliyan…
Əbədi xoşbəxtliyə uzanan həyat yolu
Yalnız müdrik insanlar anlayır
Xəyal qurmağın nə demək olduğunu
Həyat bir Kazino kimi
Cəlb edir bizi
Sonda qumarbaz oluruq,
Ömür bizi buna görə zindana salır
Əbədi xoşbəxtçiliyə Uzanan həyat yolunda Mənsum Yolçu kimi Dayanmışam yenə də
Dilənçilər baxır,
Gülüşür hırıldayır.
Sanki axmaq olduğumu məndən əvvəl anlayır
Axmağam özü də necə
Çünki Əbədi xoşbəxtliyə uzanan həyat yolunda gözləyirəm
Dilənçi yaxınlaşıb deyir:
Ay bədbəxt əgər ora getmək olsaydı
Elə özümüz gedərdik
Bethoven dilindən sevgi
Şüşə arxasından dünyaya səs salan filmə oxşayır sevgi
Təvazökarlıqla sevirik.
Amma nəyi?
Gözəl qızı yoxsa Gözəl bədəni?
Mən heç vaxt məyus olmadım .
Ehtirasa qurban oldum.
Ehtirasdan doğan sevgiyə aşiq oldum .
Sevməklə yanıldım,sevişməklə doğruldum.
Biraz düşün.
Lazım deyil Telefon zənglərinə cavab vermək
Sus Ehtirasın nəğməsinə qulaq as!
Danışır Betxoven danışır Sebestian Bax
Bax sənsizlikdən İlham Alaraq
Yazıram bunu.