“YAZI” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb

96 Baxış

yazise

“Yazı” ədəbiyyat dərgisinin 15-ci sayı işıq üzü görüb.

“Bir kitab şeir” rubrikasında  Rasim Qaracanın  şeirləri, “Həsr”  bölümündə  Rövşən Yerfinin “Qazamat sanitarları” adlı uzun hekayəsinin sonu, Usuboğlu,  Şərif Ağayar,   Natiq  Mənnədli,  Müşfiq Xan,  Etibar  Salmanlı,  Namiq Hüseynli, Samir  İlqaroğlu,  Rövşən Danyeri,  Ayxan  Ayvaz,  Hacıbala Səfərov,  Fariz  Yunisli,  Günel  Natiq, Fərhad Zeynalovun  hekayələri və Azad Qaradərəlinin “Şüşə ev” romanının davamı  çap olunub.

“Poeziya” bölməsində Ziba Xəlil, Kənan Hacı, El-Sevər, Furqan, Vəfa Mürsəlqızı və Qalib Bəhramoğlunun şeirləri yer alıb.“Sözümüzün yiyələri” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının davamı,  “Güney sovqatı”nda  Rza Talibi, Kiyan Xiyav,  Məhəmməd Səfəri, M.Ləvai və  Ruqiyyə Səfərinin   yazıları verilib.

Dərginin “Çevirmə” yerində Xulio Kortosar, M.Saltıkov-Şedrinin əsərlərindən nümunələr, “Esseistika” bölümündə Niyazi Mehdinin “Dilüstü və diliçi gəzişmələrdən” adlı  essesinin əvvəli və Tomas de Valın “Əli və Nino” məqaləsi verilib.“Sənədli nəsr” guşəsində Böyükxan Nağıyevin “Ölmədik, yaşadıq” memuarı “Palirta”da isə  görkəmli  meksika rəssamı Frida Kahlo yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar. “Yazı”nın yeni sayını  rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən,  Bakıda isə  Kitabevim.az kitab mağazasından  (dəmiryol vağzalı ilə üzbəüz, dəmiryol xəstəxanasının sağında, 2-ci mərtəbə) əldə etmək mümkündür.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10