“YAZI” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb

10 Baxış

^CC2633F44A475D59A447331FF90B57D01D5792DC4D5B5C3EC5^pimgpsh_thumbnail_win_distr

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapa təqdim olunub.“Baş redaktordan” yazısı ilə açılan dərginin əvvəlində  Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Poeziya” bölməsində  Sevinc Elsevər, Aqşin Evrən, Anar Həbiboğlu, Sara Selcan, Faiq Hüseynbəyli, İltimas Səmimi, Məhəmməd Tanhu, İbrahimxəlil, Xeyrulla Xəyalın  şeirləri  yer alıb.

“Həsr”  bölümündə  Ziyad Quluzadə, Vahid Qazi, Eldəniz Quliyev, Orxan İsmayıl, Çinarə Omray, Nicat Həşimzadə, Vüsal Oğuz, Zamiq Mehdisoy, Azad Qaradərəlinin hekayələri və Yaşar Bünyadın  “İblis busəsi” romanının davamı   çap olunub.

“İlk addımlar” bölümündə Elmir Xəta və Aysel Abdullazadənin şeirləri yer alıb. “Çevirmə” yerində L.Tolstoy, A.Çexov, Nazim Hikmət, İ.Brodski, A.Rembo, Fazil İskəndər, Berrin Taşın əsərləri və müasir İran şeirindən seçmələr, “Esseistika” bölümündə  Niyazi Mehdi, A.Pellegrininin və A.Qaradərəlinin esseləri yer alıb.

“Güneyin səsi” bölümündə K.Xiyavın şeirlərini, “Yaddaş”da Tofiq Qəhrəmanovun 70 illiyi münasibəti ilə dəyirmi masada söhbət, Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” yazısı, “Bloq yazıları”nda Fatimə Kərimlinin bloqundan parçalar,  “Palirta”da ünlü türk rəssamı Abidin Dinonun  yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər, habelə “Yazı”nın 5 yaşı münasibəti ilə təbriklər və digər yazılarla da tanış olmaq olar. Dərginin  yeni sayını  gələn həftə rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən,  Bakıda isə  Kitabevim.az kitab mağazasından  əldə etmək mümkündür.

 

Bölmə : Manşet, Əlfəcin