“Yazı” jurnalının növbəti sayı artıq satışda

54 Baxış

  yazi“Yazı” ədəbiyyat dərgisinin 14-cü sayı işıq üzü görüb.

“Sözümüzün yiyələri” rubrikası görkəmli yazıçı Sabir Əhmədlinin 85 illiyinə həsr olunub. Burada  Sabir Əhmədli haqqında qələm dostlarının və ardıcılları olan gənc yazıçıların, habelə ziyalıların fikirləri, “Yasaq ədəbiyyatın yaradıcısı” adlı ayrıca esse və Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Bir kitab şeir”də  Esmira Məhiqızının şeirləri yer alıb.

“Həsr”  bölümündə  Rövşən Yerfinin “Qazamat sanitarları” adlı uzun hekayəsinin əvvəli, Qan Turalı, Şəmil Sadıq, Rəşid Bərgüşadlı, Bəxtiyar Hidayət, Vahid Məhərrəmlinin hekayələri və Azad Qaradərəlinin “Şüşə ev” romanının əvvəli  çap olunub. “İlk addımlar”da  Kamil İlqar, Oğuz Ayvaz, Xan Abdulla, Gülşad Quliyeva, Ramil Mərzili, Nilufər Şıxlının, habelə “Yaradıcılıq Emalatxanası” rubrikasında BSU Yaradıcılıq Fakültəsinin tələbələrindən Vəli  Efe,  Günay Həsənli, Aynur Sultanova, Çinarə Omray, Şəhriyyə Qəzənfərqızı, Azər Rəşidoğlu, Vüsalə Süleymanın yazıları ilə tanış olmaq olar.

“Dramarurgiya” başlığında Sevinc Elsevərin “Həyat elə bir oyun ki…” mono-pyesi, “Güney sovqatı”nda  təbrizli şairə Ruqiyyə Səfərinin şeirləri, “Avropadan yazırlar” bölməsində Vahid Qazinin “Əraf” hekayəsi və  Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanından parça  verilib.

Dərginin “Çevirmə” yerində   Q.Q.Markes, L.Tolstoy, Fazil

İskəndər, Özdəmir Asəf, M.C.Anday, C.Sürəyya, S.Yalkından  çevirmələr dərc olunub.

“Zahir Əzəmət – 40” isə son illərin ən parlaq imzalarından olan şair və naşir  Zahir əzəmətin 40 yaşına həsr olunub və habelə burada şairin maraqlı şeirləri də yer alıb. “Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin sonu, “Uşaq guşəsi”ndə məktəbli yazar Nigar Mübarizqızının “O, qarı sevmirdi” hekayəsi verilib.

“Palirta” görkəmli  rəssam Rəis Rəsulzadənin yaradıcılığı haqda  məlumat və  rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri,  yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.

Dərginin yeni sayını  rayonlarda “Azərmətbuatyayım”  köşklərindən,  Bakıda isə  Kitabevim.az kitab mağazasından  (Dəmiryol vağzalı ilə üzbəüz, Dəmiryol xəstəxanasının sağında, 2-ci mərtəbə) əldə etmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10