Yazıçı Əjdər Olun oxucularla görüşü keçiriləcək

13 Baxış

24993005_759657060895592_42604665_o

Dekabr ayının 9-da Yazıçı Əjdər Olun oxucularla  görüşü keçiriləcəkdir.

Yazdığı hekayələrlə Azərbaycan ədəbiyyatında özünəməxsus cığır açan yazıçı Əjdər Ol oxucuları ilə görüşə gələcək. “Hədəf” nəşrlərindən verilən məlumata görə, yazıçı “ATV kitab” və “Hədəf” nəşrlərinin birgə layihəsi – “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” adlı topluya salınan hekayələri haqda söhbət edəcək, oxucuların suallarını cavablandıracaq, kitablarını imzalayacaq. 30-dan çox kitabın müəllifi olan Əjdər Ol portret-hekayələrinə görə 2010-cu ildə Milli Kitab Müsabiqəsinin əsas mükafatına, “Hərbi səhra komandirinin meymunu” hekayəsinə görəsə Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin “Qran-Pri”sinə layiq görülüb. Maraqlı ədəbi söhbətlər eşitmək istəyən hər kəs bu görüşə dəvətlidir.

Görüş dekabr ayının 9-u, saat 15.00-da kitabevim.az mağazasının 28 may filialında keçiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10